Avropa Liqasının I təsnifat mərhələsində "Vestri"ni (İslandiya) üstələyən "Qarabağ" növbəti raunda adlayıb.
Sportinfo.az xəbər verir ki, Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən cavab matçı Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Köhlən atlar"ın heyətində Jali Muaddib (5), Pedro Bikalyo (29) və Zakarya Savo (57) fərqləniblər.
İlk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti rəqibi ÇSKA (Sofiya, Bolqarıstan) olacaq. Tərəflər arasında ilk qarşılaşma iyulun 23-də Bakıda keçirəcək.
"Vestri" - "Qarabağ" 0:3
Qollar:Jali Muaddib, 5, Pedro Bikalyo, 29, Zakaria Savo, 57

