Qurban Qurbanovdan ŞOK QƏRAR - Onu komandadan QOVDU!

13:00 Qarabağ 407
Qurban Qurbanovdan ŞOK QƏRAR - Onu komandadan QOVDU!

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib.

O, Joel Montieli əsas komandadan uzaqlaşdırıb.

Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyən müddətə düşərgədən kənarlaşdırıb. Buna səbəb prineyli legionerin intizamsızlığa yol verməsidir.

Montielin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçirilən oyunlar üçün iştirak ərizəsində adının olmaması sırf bu hadisədən qaynaqlanır.

UEFA-ya təqdim olunan yekun siyahıda 24 futbolçu yer alıb.

Onlardan 4 nəfəri - Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır. Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbidir.

"Qarabağ"ın legionerlərindən Joni Montiel, Jeremi Qnali və yeni transferlərdən qapıçı Martin Zlomisliç burada yoxdur.

Qurbanov mediaya verdiyi açıqlamada Montielin kənarda qalmasının zədəyə görə olmadığını bildirib: «Hansısa futbolçu kənarda qaldısa, ola bilər ki, gələn tur oynasın».

SPORTİNFO.AZ

Qurban Qurbanovdan ŞOK QƏRAR - Onu komandadan QOVDU!

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti