DÇ-2026-nın İspaniya və Argentina milliləri arasında keçiriləcək final oyununun hakimləri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu haqda FİFA-nın X hesabında məlumat yayılıb.
Həlledici qarşılaşma sloveniyalı Slavko Vinçiçə tapşırılıb. 46 yaşlı referiyə həmyerliləri Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər.
Dördüncü hakim funksiyasını iordaniyalı Adham Mahadme yerinə yetirəcək. Ehtiyat köməkçi hakim isə onun həmyerlisi Məhəmməd Əl-Kalaf olacaq.
İspaniya - Argentina finalı iyulun 19-da Nyu-Yorkda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq..

