Zubir "Qarabağ"dan ayrılır?

11 May 2020 13:12 Qarabağ 1 496
Zubir "Qarabağ"dan ayrılır?

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Yunanıstanda oynaya bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Yunanıstanın "Newspao" nəşri məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin "Panatinaikos"a təklif olunduğu vurğulanıb. Klubun bu təklifi nəzərdən keçirdiyi bildirilib.

Xəbərdə Zubirin bu yay azad agent olacağı üçün daha yaxşı müqavilə ilə daha böyük liqaya keçməyə hazır olduğu yazılıb.

Qeyd edək ki, Zubirin Ağdam təmsilçisi ilə müqaviləsi bu yay başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM