"Qarabağ"ın "TRANSFER BOMBASI" 20 ilin ən yaxşısı seçildi

8 Aprel 2020 16:14 Qarabağ 1 691
"Qarabağ"ın "TRANSFER BOMBASI" 20 ilin ən yaxşısı seçildi

"Stok Siti"nin ən yaxşı qapıçıları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Stokesentinel" nəşri XXI əsrdə komandanın ən yaxşı 10 qapıçısının siyahısını açıqlayıb.

İcarə əsasında İtaliya "Milan"ının formasını geyinən "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç 20 ilin ən yaxşı qolkiperi seçilib. İkinci yerdə "Stok Siti"nin hazırkı qapıçısı Cek Batlend, üçüncü sırada isə karyerasını bitirən Tomas Sorensen yer alıb.

Asmir Beqoviç "Stok Siti"də 2010 - 2015-ci illərdə forma geyinib. Müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsus Bosniya və Herseqovina yığmasının üzvü mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti