"Qarabağ" yenilənməyə getdi - Dörd ildən sonra

9 Aprel 22:40 Qarabağ 793
"Qarabağ" yenilənməyə getdi - Dörd ildən sonra

Azərbaycan Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Karvan-Yevlax” matçında mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb.

Bu, təkcə cari mövsümün deyil, son 4 çempionatda qeydə alınan ən böyük fərqdir. Sonuncu dəfə daha fərqli qələbə 2021/22 mövsümünə təsadüf edib.

1452 gün, təxminən 4 il əvvəl – 2022-ci aprelin 15-də “Qarabağ” “Şamaxı”nı 8 cavabsız qolla məğlub edib.

Turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti