"Qarabağ"ın göydə axtarıb, İspaniyada tapdığı qolçu - VİDEO

21 Yanvar 2020 09:00 Qarabağ 2 534
"Qarabağ"ın göydə axtarıb, İspaniyada tapdığı qolçu - VİDEO

"Qarabağ" heyətini yeni hücumçu ilə gücləndirib.

Sportinfo.az-ın məlumatına görə, Ağdam klubu "Leqanes"in hücumçusu Kvabena Ovusu ilə 3,5 illik anlaşıb.

Ölkəsində "Akkra"nın yetirməsi olan qanalı forvard cari mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub. İspaniya karyerasına 2016-cı ildə "Toledo" ilə başlayan 22 yaşlı futbolçu 1 il sonra "Leqanes"ə transfer olunub.

Bu komandanın heyətində heç bir oyun keçirməyən gənc forvard daha sonra növbə ilə "Ovyedo", "Kartagena" və "Salamanka"ya icarəyə verilib.

"Salamanka"nın heyətində oynadığı 20 matçda 10 qol vuran hücumçu ötən ildən Qana millisinə də dəvət alır. O, 3 dəfə yığmanın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"