“Qarabağ” çox çalışmaqla və bu təvazökarlıqla daha bir tarix yaza bilər"

26 Fevral 2024 07:20 Qarabağ 547
“Qarabağ” çox çalışmaqla və bu təvazökarlıqla daha bir tarix yaza bilər"

"Santa-Klara"nın məşqçisi, uzun illər Azərbaycanda “İnter”in formasını geyinmiş Danildo Assioli sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Braqa”(2:3, 4:2) görüşü haqda danışıb və Ağdam klubunun uğurlu nəticəsini qiymətləndirib:

"İnanılmaz oyun idi. "Qarabağ"ı göstərdiyi döyüşkən ruhuna və inamına görə təbrik edirəm. “Qarabağ”ın bu illər ərzində gördüyü işi, Azərbaycanın adını ən yüksək səviyyəyə çatdırmasını izləmək xüsusi zövq verdi.

Hər oyunun öz hekayəsi var. “Qarabağ” – “Braqa” görüşü Portuqaliyadakından fərqli idi. Amma sonda “Qarabağ” mərhələ adlaya bildi".

Assioli, növbəti mərhələ uğrunda da oynamaq gücündə olduğunu deyib: "Düşünürəm ki, “Qarabağ” eyni ruhu saxlamalıdır.

Onlar çox çalışmaqla və bu təvazökarlıqla daha bir tarix yaza bilər. Baxmayaraq, qarşıdakı rəqib də çox güclüdür".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”