“Qarabağ”a qol vura biləcəyimi hiss edib irəli atıldım, həsrətimə son qoydum”

16:20 Qarabağ 100
“Qarabağ”a qol vura biləcəyimi hiss edib irəli atıldım, həsrətimə son qoydum”

Kiyev “Dinamo”sunun hücumçusu Matvey Ponomarenko Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, o, bu haqda ua-foootball.com saytına açıqlamasında danışıb. Matçda yeganə qolun müəllifi olan Ponomarenko deyib:

“Qələbə qazandığımız yaxşı oldu. Amma çoxlu səhvlərimiz var idi, onları aradan qaldırmalıyıq.

Düşünürəm ki, topa daha çox nəzarət etməliyik. Bunun üzərində işləyəcəyik.

Əsas odur ki, qalib gəldik və komanda növbəti oyuna yaxşı əhval-ruhiyyə ilə hazırlaşacaq.

Özümüzə minimal üstünlük qazandırdıq. Bakıda da qalib gəlib növbəti mərhələyə yüksəlməyə çalışacağıq”.

Ponomarenko vurduğu qol epizodundan da danışıb:

“Mərkəzdə topu ələ keçirdikdən sonra sürətli əks-hücuma çıxdıq. Yustin Lonveyk mübarizə apardı, topun mənə gəldiyini gördüm və qol vura biləcəyimi hiss edib irəli atıldım. Topu qapıya göndərdim.

Şükürlər olsun ki, qol oldu və qol həsrətimə son qoydum. Ümid edirəm ki, bunun davamı gələcək və hər oyunda fərqlənəcəyəm”.

O, baş məşqçi İqor Kostyukun final fitindən sonra ona yaxınlaşdığını da qeyd edib:

“O, məni vurduğum qol münasibətilə təbrik etdi və oyuna görə təşəkkürünü bildirdi”.

Digər Xəbərlər
Xəbər Lenti