Plan məlum oldu - İslandlar “Qarabağ”a 100 nəfərlik yer ayırdı

14 İyul 11:00 Qarabağ 19
Plan məlum oldu - İslandlar “Qarabağ”a 100 nəfərlik yer ayırdı

Avropa Liqasının 1-ci mərhələsində “Vestri”ni 30 hesabı ilə məğlub edən “Qarabağ” İslandiya səfərinə hazırlaşır.

"Köhlən atlar” vətəni oyundan iki gün əvvəl tərk edəcək.

İyulun 14-ü saat 16:00-da çarter reysli təyyarə ilə havaya qalxacaq nümayəndə heyəti birbaşa paytaxt Reykyavikə uçacaq. Oradan qarşılaşmanın keçiriləcəyi İsafyördur şəhərinə qədər olan məsafə avtobusla qət ediləcək.

Komanda üzvləri mənzil başına axşam saatlarında çatacağından həmin günə məşq nəzərdə tutulmayıb. Oyunun öncəsi son məşq və Qurban Qurbanovun mətbuat konfransı iyulun 15-nə planlaşdırılıb.

“Qarabağ” matçdan dərhal sonra birbaşa Bakıya qayıdacaq.

Oyunun keçiriləcəyi “Torfnes Arena” və ya “Torfnesvöllur” stadionu cəmi 1600 azarkeş tutumuna malik olduğundan, azarkeş izdihamının yaşanacağı gözlənilmir.

Oturacaq sayı az olduğundan meydan sahibləri qonaq azarekşlərə cəmi 100 bilet ayırıb.Bu, heç bir halda matç günü stadionda bu sayda azərbaycanlının olacağına ümid vermir.

İslandiyaya gedib-qayıtmaq Avropada yaşayan həmyerlilərimiz üçün asan gəzinti deyil. Odur ki, ən yaxşı halda 20-30 tərəfdarın olacağı inandırıcı görünür.

Komandalar arasındakı cavab görüşü iyulun 16-dan 17-nə keçən gecə saat 00:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti