Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlığın son günündə iki yoxlama oyunu keçirib.
Ağdam təmsilçisi ilk oyunda Ukraynanın Premyer Liqa təmsilçisi "Metal 1925" (Xarkov) klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Xarkov təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Düzdü, sınaq xarakterli matçlarda nəticə önəmli deyil.
Burada daha çox taktiki texniki hazırlıq ön plana çıxır.
Təbii ki, futbolçuların ayrı-ayrılıqda fərdi bacarıqları da diqqətdən qaçmaya bilər.
Məsələn, Şahruddin Məhəmmədəliyev kimi.
Uzunmüddətli zədədən qayıdan kiper yenə öz ampluasında qalıb.
"Bir nömrə" alışdığımız, tənqid etməkdən yorulduğumuz xətası ilə diqqətləri üzərinə çəkib.
Yenə yersiz yerə irəli çıxdığı epizodda kobud səhvə yol verib.
Məhəmmədəliyev "Tirol"la yoxlama görüşündə isə çıxışda ciddi səhvlə yadda qalmışdı.
Onun zəif performansı azarkeşləri də özündən çıxarıb.
Fanatlar klubun sosial şəbəkə hesabında onun ünvanına sərt tənqidlər yazıblar.
Bəzilərini sizə təqdim edirik:
"Şahruddin özü ilə bağlı bütün suallara aydınlıq gətirdi. İçimdə qorxu var idi ki, Qurban Qurbanov bəlkə Şahı komandada düşünür. Yaxşı ki, bu gün cavabladı".
"Qapıçını məhlədən götürüb aparmışdız?".
"Şahruddin məncə bu oyundan sonra kariyerasını bitirsin, baxmayaraq ki yoldaşlıq oyunudur".
"Şahruddin bu komandada niyə var? 3-cü dəqiqədə topu öz oyunçumuzun ayağından alır. Bundan nə gözləyək biz".
"Ata oğluna bu qədər dözməz, amma Qurban Qurbanov Şahruddinə dözür".
"Şahruddin onlayn qoşulmuşdu oyuna".
"Şahruddin oyunda yox idi, deyəsən".
"Fikirləşəndə ki, millinin əsas qapıçısı budur, adam dəli olur".
"İllər dəyişir, Şahruddin öz kefindədir".
"Bu adama niyə bu qədər dözürlər?".
"Bu səhvləri edən adam 2 ay sonra millinin qapısını qoruyacaq. Hansı üzlə?".
XANOĞLAN / SPORTİNFO.AZ

