Bu transfer üçün “Qarabağ”a nə qədər ödəmə etdilər? - FOTO

28 İyun 00:40 Qarabağ 1 280
Bu transfer üçün “Qarabağ”a nə qədər ödəmə etdilər? - FOTO

“Qarabağ”ın aparıcı futbolçularından olan Leandro Andrade Ukrayna klubuna transfer olunub.

Sportinfo.az xəbər verir ki, Ukrayna Premyer Liqasının bürünc mükafatçısı “Polissya Jitomir” Kabo-Verde əsilli vingerlə rəsmi müqavilə imzalayıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Portuqaliya vətəndaşlığı da daşıyan 26 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayının sonuna kimi müqavilə bağlanıb.

Yarımmüdafiəçi yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Ukrayna təmsilçisi bu transfer üçün Ağdam klubuna 3 milyon avro ödəyib.

Kabo-Verde millisinin üzvü “Qarabağ”ın heyətində hücum xəttinin əsl liderinə çevrilmişdi.

O, “köhlən atlar”ın heyətində ümumilikdə 213 oyuna çıxıb, 60 qol vurub və 61 məhsuldar ötürmə müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM