"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi "VSG Tirol"la üz-üzə gəlib.
Matç "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində Kamilo Duran və Zakaria Savo fərqləniblər. Klubun yeni transferi olan Savo matçda het-trik edib.
Avstriya bundesliqa təmsilçisi olan bu komanda ötən mövsümü 7-ci yerdə başa vurub.
"Qarabağ" hazırlıq prosesi çərçivəsində daha 2 yoxlama matçı oynayacaq.
Komanda iyulun 1-də Ukrayna “Xarkov”u ilə (Bakı vaxtı ilə saat 15:00) və Macarıstan "Ferentsvaroş"u ilə (Bakı vaxtı ilə saat 20:00-da) üz-üzə gələcək.
"Tirol" - "Qarabağ" 0:4
Qollar: Zakaria Savo,42, 54, 56, Kamilo Duran, 51
Əsas heyət: Mateuş Koxalski, Bədavi Hüseynov, Mateus Silva, Bruno Lanqa, Dani Bolt, Pedro Bikalyo, Marko Yankoviç, Coni Montiel, Zakaria Savo, Abdullah Zubir, Kamilo Duran.
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Bilal Hacıyev, Məhəmməd İmaməliyev, Jali Muaddib, Jeremi Qnali, Hikmət Cəbrayılzadə, Kadi Borjes, Musa Qurbanlı, Aleksey Kaşuk, Elvin Cəfərquliyev, Samuel Lobato, Renaldo Sefas, Bəhruz Qurbanlı, Əli Bəşirov, Mehdi Mütəllimli, Məhəmməd-Şahin Abbasov.
