“Qarabağ”a görə üç tanınmış klubdan imtina etdi

22:20 Qarabağ 374
“Qarabağ”a görə üç tanınmış klubdan imtina etdi

“Qarabağ” mövsümlərarası fasilə dönəmində növbəti transferini reallaşdırdı.

Adı xeyli vaxtdır “köhlən atlar”la yanaşı çəkilən Renaldo Sefasın transferi axır ki, baş tutdu.

Ötən il Ruisya klubu “Pari” ilə 3 illik müqaviləyə imza atan Yamayka millisinin üzvünün “Qarabağ”a keçidi heç də asan başa gəlməyib.

Rusiya elitasında meydana çıxdığı 25 oyunda 1 qol və 3 assistlə yadda qalan vingerə “Krasnodar”la “Spartak” (Moskva) maraq göstərib.

Eyni zamanda vaxtilə top qovduğu Türkiyədən də bir neçə təklifi olub. Super Liqada mübarizə aparan “Gənclərbirliyi” yamaykalı ilə güclənmək istəyib.

“Qarabağ”ın transferdə iddialı görünməsi və Sefasa görə “Pari”yə təxminən 400 min avro ödəməyə hazır olması Rusiya klubunu və 26 yaşlı futbolçunu həvəsləndirib.

Bundan başqa, “Qarabağ”ın Avropa Liqasında mübarizəyə hazırlaşması da Renaldonun qərarına təsir edib.

Belədə o, digər variantları kənara qoyaraq karyerasını Azərbaycanda davam etdirməyə razılaşıb.

Ağdam təmsilçisi buna qədər Jali Muaddib, Zakaria Savo, Samuel Labota, Bruno Lanqa və Martin Zlomişliçin transferini təqdim etmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti