Yeni transfer “Qarabağ”a imzanı atdı, ürəyindəkiləri boşaltdı

26 İyun 12:40 Qarabağ 1 131
Yeni transfer “Qarabağ”a imzanı atdı, ürəyindəkiləri boşaltdı

“Qarabağ”ın yeni transferi Renaldo Sefas kluba müqavilə imzaladıqdan sonra bununla əlaqədar ilk dəfə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı yamaykalı vinger sosial şəbəkə hesabında paylaşım edərək Ağdam təmsilçisinə keçidindən məmnunluğunu ifadə edib.

“İlk demək istədiyim şey hər şeyə görə Tanrıya şükür etməkdir. Hər şeyə görə çox minnətdaram. Bu möhtəşəm ailəyə qoşulduğum üçün çox xoşbəxtəm”, - deyə o yazıb.

Sefas klub rəhbərliyinə və əməkdaşlarına da təşəkkür edib:

“Klubdakı əməkdaşlara təşəkkür etmək istəyirəm. Onlar mənim burada özümü evimdəki kimi hiss etməyimə şərait yaratdılar”.

24 yaşlı hücumçu yeni komanda yoldaşları ilə görüşmək və məşqlərə başlamaq üçün səbirsizləndiyini də vurğulayıb.

Renaldo Sefas dünən “Qarabağ”la 3 illik müqavilə imzalayıb. Ağdam təmsilçisi Sefasa görə onun klubu olmuş “Pari NN”ə (Rusiya) 1 milyon avro təzminat ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM