“O, mənə dedi ki, “Qarabağ”a gözübağlı gedə bilərsən”

22 İyun 02:20 Qarabağ 735
“O, mənə dedi ki, “Qarabağ”a gözübağlı gedə bilərsən”

“Qarabağ”ın yeni transferlərindən olan Bruno Lanqa damışıb.

Sportinfo.az xəbər verir ki, mozambikli müdafiəçi Ağdam klubuna keçidində Olavio Juninyonun rolu olduğunu bildirib:

“Hər şey çox tez baş verdi. Hər kəsin arzusu böyük klublarda oynamaqdır. Bu səbəbdən də “Qarabağ”ın təklifini qəbul etməkdə çox düşünmədim.

“Qarabağ” mənə maraq göstərən digər klubların önündə gəlirdi. Sanki keçidimdə digərləri ilə müqayisədə daha istəkli görünürdülər.

Təklif gələrkən mən də maraqlandım. Amma buna qədər də “Qarabağ” haqda məlumatlı idim. Çünki “Qarabağ”ın keçmiş hücumçusu Juninyo komanda yoldaşım olub.

3 ilə yaxın onunla birlikdə oynamışıq. Hətta Juninyo “Qarabağ”a gəldikdən sonra da daim əlaqədə idik, klub haqqında danışırdıq.

“Qarabağ”a keçmək fürsəti yarananda ilk danışdığım adam Juninyo oldu. O, mənə dedi ki, “Qarabağ”a gözübağlı gedə bilərsən”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!