Elvin Cəfərquliyevlə maraqlanan klublar var?

22 İyun 01:20 Qarabağ 869
Elvin Cəfərquliyevlə maraqlanan klublar var?

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur.

Sportino.az xəbər verir ki, bu barədə "report"a 25 yaşlı cinah müdafiəçisinin agenti Tural Əsgərov açıqlamasında bildirib.

O, E.Cəfərquliyev üçün "Qarabağ"a rəsmi təklif gəlmədiyini vurğulayıb:

"Elvinlə maraqlanan klubların sayı çoxdur. Söhbət burada "Qarabağ"a müraciətdən və futbolçuya rəsmi təklifdən söhbət gedirsə, hazırda belə bir şey yoxdur".

Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.

Ağdam təmsilçisi onu transferə çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!