“Qarabağ”ın hücumçusu Avropanın məşhur klubunun maraq dairəsində

01:00 Qarabağ 202
“Qarabağ”ın hücumçusu Avropanın məşhur klubunun maraq dairəsində

"Qarabağ” daha bir legioneri xarici klubun maraq dairəsindədir.

Sportinfo.az xəbər verir ki, söhbət kolumbiyalı Kamilo Durandan gedir.

Şotlandiyanın “The Scottish Sun” nəşrinin yaydığı xəbərə əsasən, Ağdam klubunun hücumçusu ölkə çempionu “Seltik”in maraq dairəsinə düşüb.

Məlumata görə, Qlazqo təmsilçisi 24 yaşlı kolumbiyalı forvardı yaxından izləyir.

Hələlik “Seltik”in “Qarabağ”a rəsmi təklif göndərib-göndərmədiyi məlum deyil. Bununla belə, Azərbaycan çempionunun futbolçunun transferindən ən azı 2 milyon funt-sterlinq (təxminən 4,5 milyon manat) qazanmaq istədiyi bildirilir.

Kamilo Duran ötən ilin yayından “Qarabağ”ın formasını geyinir. O, başa çatan mövsümdə bütün turnirlərdə 15 qol vurub.

Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO