“Qarabağ” baş koordinator və iki baş məşqçi ilə müqavilənin müddətini uzatdı

9 İyun 01:50 Qarabağ 1 064
“Qarabağ” baş koordinator və iki baş məşqçi ilə müqavilənin müddətini uzatdı

“Qarabağ” klubu akademiyanın baş koordinatoru Aftandil Hacıyev, baş məşqçilər - Maksim Medvedev və Rəşad Sadiqovla müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə akademiyanın meneceri Nail Kərimov məlumat verib.

Rəşad Sadiqov Ağdam klubunun U-19 komandasına, Maksim Medvedev isə əvəzedicilərə başçılıq edir.

Klub rəsmisi AZƏRTAC-a bildirib ki, əvəzedicilər liqası ləğv olunsa, M.Medvedev başqa işlə təmin olunacaq. O, son olaraq U-16-nın baş məşqçisi olan Rauf Əliyevlə vidalaşdıqlarını təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə