“Qarabağ”ın bir parçası olmaq mənim üçün böyük şərəf idi” - FOTO

4 İyun 10:40 Qarabağ 1 562
“Qarabağ”ın bir parçası olmaq mənim üçün böyük şərəf idi” - FOTO

"Qarabağ”dan ayrılan Emmanuel Addai ilə klubla bağlı sosial media hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, qanalı hücumçunun paylaşımında bildirilib:

“Bu səhifə bağlanarkən, sadəcə olaraq hər şeyə görə Qarabağ FK-ya təşəkkür etmək istəyirəm.

Azarkeşlərə, klub əməkdaşlarına, məşqçilərə və komanda yoldaşlarıma göstərdikləri dəstəyə, mənimlə qalacaq xatirələrə və yaşatdıqları təcrübələrə görə minnətdaram.

Bu klubun bir parçası olmaq mənim üçün böyük şərəf idi və burada keçirdiyim vaxta görə hər zaman təşəkkar olacağam.

Klubla əlaqəsi olan hər kəsə gələcəkdə davamlı uğurlar və xoşbəxtlik arzulayıram”.

“Qarabağ” bugünlərdə klubla müqaviləsi başa çatan Emmanuel Addai ilə yolları ayırdığını açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular