Andrey Kaşukun «Qarabağ»dakı karyerası hələ sual altındadır.
Bu barədə klubdan saytımıza bildirilib.
Redaksiyamıza verilən məlumata görə, ukraynalı yarımmüdafiəçinin gələn mövsümü harada keçirəcəyi dəqiqləşməyib. Ağdam təmsilçisi son aylara kimi bir neçə təklif alıb, di gəl, irəli sürülən şərtlər qaneedici olmayıb.
Odur ki, «köhlən atlar» legionerini satmaqdan boyun qaçırıb. Hazırda isə sağ cinah vingeriylə maraqlanan yoxdur - nə ölkə daxilindən, nə də xaricindən. P
remyer Liqanın vitse-çempionu artıq reallıqla barışıb, hər şeyi zamanın öhdəsindən buraxıb.
Dontesk «Şaxtyor»unun yetirməsi 2 ildir «Qarabağ»dadır. Onun sözləşməsi 2028-ci ilədək qüvvədədir.
Qurban Qurbanov Andrey Kaşukun geridə qalan müddətdə göstərdiyi performansdan narazıdır. Baş məşqçi indiyədək bir neçə dəfə bunu dilə gətirib, ukraynalının gözləntilərin altında qaldığını bildirib.
SPORTİNFO.AZ

