Ağdam klubunun iki legioneri ÇL-in ən yaxşıları arasında

3 İyun 01:00 Qarabağ 289
Ağdam klubunun iki legioneri ÇL-in ən yaxşıları arasında

“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün ən yaxşıları sırasında yer alıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, Ağdam təmsilçisinin qapıçısı Mateuş Koxalski turnirdə etdiyi 45 “seyv”lə ən çox qurtarış edən qolkiperlər sırasında 4-cü pillədə qərarlaşıb.

Polşalı oyunçu yalnız Nikita Haykin (“Budyo-Qlimt”, Norveç), Tibo Kurtua (“Real Madrid”, İspaniya) və Uğurcan Çakırdan (“Qalatasaray”, Türkiyə) geri qalıb.

Abdullah Zubir isə meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 07:50 Pensiyanız ARTA BİLƏR
15 İyun 02:50 Özbəkistanda 1-ci oldu