"Qarabağ" Çempionlar Liqasında çox gözəl oynayıb.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında 31-ci Bakı Enerji Forumu çərçivəsində Türkiyə nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Almaniya millisinin sabiq futbolçusu Məsud Özil deyib.
O, DÇ-2026-dakı favoritini də açıqlayıb:
"Qarabağ"ı seyr etdim. Çempionlar Liqasında çox gözəl oynadılar.
Yaxşı komanda qurublar. Onlara uğurlar diləyirəm. Dünya çempionatındakı favoritim isə Türkiyədir".
Yyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-da 48 komanda çıxış edəcək.

