Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun yeni komandası “Bursaspor”un borcu müəyyənləşib.
Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqa təmsilçisinin prezidenti Enes Çelik bununla bağlı açıqlama verib.
O, klubun hazırda 7,3 milyon avro borcunun olduğunu bildirib. Lakin klub rəhbəri bundan narahatlıq keçirmədiklərini deyib.
O, yay fasiləsində ümumi dəyəri 20 milyon avroluq komanda qurmağa çalışdıqlarını söyləyib.
Çelik həm yerli, həm də xarici bazarda fəallıq nümayiş etdirdiklərini, daha bir neçə yeni transferin olacağını vurğulayıb.
Toral Bayramov mövsümün sonunda “Qarabağ”dan “Bursaspor”a transfer olunub.


