“Qarabağ” - İndi ona təklif gəlməyib, ayrılması gündəmdə yoxdur

14:00 Qarabağ 207
“Qarabağ” - İndi ona təklif gəlməyib, ayrılması gündəmdə yoxdur

“Qarabağ” Mateuş Koxalskiyə görə son vaxtlar təklif almayıb.

Bu barədə klubdan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, polşalı qapıçının düşərgəni tərk etməsi artıq gündəmdə yoxdur. 2024-cü ilin avqustundan burada olan polyakın özü də belə bir istəyi barədə rəhbərliyə heç nə söyləməyib.

Onun müqaviləsi 2027-ci ilin iyununda başa çatır. 2026-cı ilin iyulun 1-dən qüvvəyə minəcək kontrakt bəndi qapıçının başqa kluba transferini asanlaşdıra bilər.

Bu müddəa 1 ay ərzində aktiv olacaq və kiperin cəmi 2,5 milyon avro qarşılığında klubunu dəyişməsinə imkan verəcək.

Koxalski karyerası ərzində "Legiya", "Radomiak" və "Stal"da çıxış edib. O, Polşa millisinə də dəvət alır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti