Bu mövsüm ən çox xal qazanan ölkələr…- Azərbaycan neçəncidir?

12:10 Qarabağ 157
Bu mövsüm ən çox xal qazanan ölkələr…- Azərbaycan neçəncidir?

2025/26 mövsümünün başa çatmasından sonra UEFA-nın klub əmsalları cədvəli yenilənib.

Sportinfo.az xəbər verir ki, İngiltərə ardıcıl 6-cı dəfə liderliyini qoruyub. Son 5 mövsümün nəticələrinə əsasən, İngiltərə klubları ümumilikdə 119,519 xal toplayıb. Ötən mövsüm Avropa kuboklarında 9 İngiltərə klubu iştirak edib və bu ölkə təmsilçiləri 3 turnirdən 2-sində titul qazanıb: “Aston Villa” Avropa Liqasının, “Kristal Pelas” isə Konfrans Liqasının qalibi olub. Çempionlar Liqasının finalında isə “Arsenal” “PSJ”yə penaltilərdə uduzub (1:1, penaltilər 3:4).

İlk “5-lik” belədir:

1. İngiltərə — 119,519
2. İtaliya — 99,946
3. İspaniya — 97,046
4. Almaniya — 92,902
5. Fransa — 83,498

İkinci “5-lik”də də dəyişiklik olub. Portuqaliya (73,166) Niderlandı (67,929) geridə qoyaraq 6-cı, Türkiyə (51,875) isə Çexiyanı (48,525) qabaqlayaraq 9-cu yerə yüksəlib.

Azərbaycana gəlincə, ölkəmiz 2025/26 mövsümünü 22,937 əmsalla 27-ci yerdə başa vurub (son 5 mövsümün yekunlarına görə). Son mövsümdə isə Azərbaycan ən çox xal toplayan 21-ci ölkə (5,812) olub. Bu xalların 80 faizdən çoxunu “Qarabağ” qazandırıb. Bu mövsüm Azərbaycandan az xal toplayan 25 ölkə sırasında Rumıniya, Serbiya, Bolqarıstan, İsveç, Şotlandiya, Avstriya, Qazaxıstan da var.

Bu mövsüm ən çox xalı isə İngiltərə (28,680) və İspaniya (22,093) qazanıb. Nəticədə onların hər ikisi növbəti mövsüm üçün Çempionlar Liqasında əlavə bir yerə sahib olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti