Toral Bayramovun "Qarabağ"ı "Bursaspor"a dəyişməsi birmənalı qarşılanmadı.
Elə məndə həmyerlimizin Türkiyə birinci liqasına yeni yüksələn kollektivinə keçidinə isti baxmadım.
Düzdü, Bursa futbol şəhəridir. "Bursaspor" böyük tarixi, geniş camiəsi olan klubdur.
Problem bunda deyil.
Narahatlıq Türkiyə birinci liqasına gedən azərbaycanlıların orada istənilən səviyyədə inkişaf edə bilməməsidir.
Nümunələr də çoxdur.
Amma bir də məsələyə başqa yöndən baxaq. Bayramov "Bursaspor"a getməyib də hara gedə bilərdi?
Ümumiyyətlə, başqa real təklifləri olubmu?
Bildiyimiz qədərilə olmayıb.
Heç olması da məntiqli deyil axı.
Toral Bayramov Çempionlar Liqasında oynamış "Qarabağ"ın üzvüdür deməklə olmur.
Oyunçu özü ÇL-də ilə yadda qalıb?
Faktiki heç nə ilə. Bunu biz yox, statistik deyir.
8 oyunda vur-tut cəmi 128 dəqiqə meydanda Bayramovun nə qolu var, nə də məhsuldar ötürməsi.
Premyer Liqada nə ilə yadda qalıb?
Aşağı-yuxarı ciddi heç nə ilə.
Burada da Cəfərquliyevin əvəzedicisi olub. Yalnız Elvin əsas komandadan uzaqlaşdırılandan sonra əsas heyət üzvünə çevrilib. Onda da əksər matçları çox biabırçı səhvlərlə keçirib. Düzdü, aktivində.7 qolu var, amma bunun 5-i penaldan vurulub.
Belə halda niyə ona daha iddialı, daha böyük klublardan təklif gəlməlidir ki?
Məntiqli deyil axı.
Hə, kimsə deyə bilər ki, "Bursaspor"dansa "Qarabağ"da qalardı.
Məsələ burasındadır ki, bugünkü Toral heç Qurban Qurbanovun da işinə yaramır.
Hər halda yuxarıdakı statistika göstəricilər hər şeyi deyir.
XANOĞLAN/ SPORTİNFO.AZ

