SON DƏQİQƏ! Bu da "Qarabağ"da erkən ayrılıq! - FOTO

18 Aprel 21:00 Qarabağ 6 668
SON DƏQİQƏ! Bu da "Qarabağ"da erkən ayrılıq! - FOTO

Qarabağ” müdafiəçisi Sami Mmae ilə yolları ayırıb.

Ötən aydan intizamsızlığa görə əsas komandanın heyətindən uzaqlaşdırılıb, əvəzedici komandaya göndərilən Belçikalı futbolçu mövsümün sonunu gözləmədən vətəninə yola salınıb.

Bu da səbəbsiz deyil.

Avropalı ötən tur əvəzedicilər liqasında "Sabah-2"yə qarşı matçda qırmızı vərəqə alıb.

Sona bir neçə tur qaldığını nəzərə alan rəhbərlik vaxtından əvvəl stoperə qapını göstərib.

29 yaşlı legioner ötən yay Zaqreb “Dinamo”sundan mövsümün sonuna qədər icarəyə götürülmüşdü.

O, əsas komandada 15 rəsmi oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

"Qarabağ"da erkən ayrılıq - SON DƏQİQƏ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti