«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov şokxəbər verib.
Aldığımız məlumata görə, təcrübəli mütəxssis daha bir futbolçunu əsas komandadan kənarlaşdırıb.
Bu dəfə Abbas Hüseynov onun qəzəbinə tuş gəlib. 2017-ci ildən «köhlən atlar»ın sıralarında çıxış edən müdafiəçi əvəzedici heyətə göndərilib.
Daha öncə Samir Mmae eyni aqibəti yaşayıb. Səbəb Mərakeş kökənli legionerin Çempionlar Liqasının pley-off mərhələsinin «Nyakasl»la Bakıda keçirilən ilk oyununun (1:6) fasiləsində etdiyi qeyri-peşəkar hərəkətdir.
Belə ki, Zaqreb «Dinamo»sundan icarəyə götürülmüş mərkəz müdafiəçisi müxtəlif bəhanələr gətirərək, ikinci hissədə meydana çıxmaqdan boyun qaçırıb.
SPORTİNFO.AZ

