“Qələbə istəyinin bizə mane olduğunu düşünmürəm”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev deyib.
O, Misli Premyer Liqasının 27-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyun (0:0) barədə danışıb. Sol cinah oyunçusu qazanılan xala görə “Şamaxı”nı təbrik edib:
“Rəqibin oyun tərzini bilirdik. Görüşdən əvvəl də heyətlərinə baxanda hansı sistemdə oynayaclarını, bizə qarşı necə mübarizə aparacaqlarını bilirdik.
Əsas müdafiəyə fikir verirdilər. Məqsədləri uduzmamaq idi.Buna da nail oldular.
“Şamaxı”nı təbrik edirəm. Layiqli mübarizə apardılar”.

