“Qarabağ”ın son vaxtlar uğursuzluq yaşamasının əsl səbəbini bizə söylədi

21:20 Qarabağ 190
“Qarabağ”ın son vaxtlar uğursuzluq yaşamasının əsl səbəbini bizə söylədi

“Qarabağ” son 12 ildə çempionluqdan bu qədər uzaq düşməmişdi.

Hətta 2020/21 mövsümündə “Neftçi” Azərbaycan Premyer Liqasının qalibi adını qazananda belə, qızıl medalçının adına sonuncu turda aydınlıq gəlmişdi.

İndiki vəziyyət son dərəcə fərqlidir.

Finişə 6 tur qalmış (Ağdam təmsilçisi 1 oyun az keçirib – H,) “köhlən atlar” lider “Sabah”dan 10 xal geri qalır.

25-ci turda “Kəpəz”ə məğlub olan (0:1), 27-ci turda Şamaxıda yerli komanda ilə matçda qolsuz bərabərə qalan “Qarabağ” vacib 5 xal itirməklə öz işini çətinə saldı.

“Köhlən atlar” bölgə səfərlərində niyə qələbə qazana bilmir? Özündən qat-qat zəif rəqiblərlə oyunlara köklənmək problemə çevrilib, yoxsa hansısa xüsusi səbəbi var?

“Şamaxı” ilə matçın iştirakçısı olmuş müdafiəşi Abbas Hüseynov bu barədə Sportinfo.az-a danışıb:

“Bu iki oyundakı xal itkilərini ən süni örtüklə əlaqələndirərdim. Təbii qazona ö yrəşdiyimiz üçün “süni”də oynayanda çətinlik çəkirik.

Həm “Kəpəz”, həm də “Şamaxı” ilə süni meydanda oynadıq.Ötən tur təbii örtükdə “Karvan-Yevlax”a 7, daha öncə “Araz-Naxçıvan”a 6 cavabsız top vurmuşduq.

Otda oynamaq bizim üçün rahatdır. Süni meydanlar yığışdırılsa, əla olar”.

“Qarabağ” növbəti turlarda iki dəfə “Neftçi” ilə qarşılaşacaqsa, digər görüşləri “Sabah”, “Turan Tovuz”, “Qəbələ”, “İmişli” və “Sumqayıt”a qarşı olacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti