“Futbol həyatı belədir”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Riçard Almeydaya məxsusdur.
Brazliyalı ölkəsinin "Metropoles" nəşrinə açıqlamasında uşaqlıq arzularının Ağdam klubunda həyata keçdiyini deyib:
“Allaha şükürlər olsun ki, çox çalışdım və hər şey yaxşı alındı. Bu hiss möhtəşəmdir.
Uşaq vaxtı Çempionlar Liqasına baxanda atama deyirdim ki, bu turnirdə oynamaq istəyirəm. Şükürlər olsun ki, buna nail oldum.
Qrup mərhələsində bir dəfə çıxış etdim. Amma bundan əvvəl dəfələrlə pley-off oynadıq və bir neçə il buna çox yaxın olduq”.
Almeyda 2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"da çıxış edib. O, 376 oyunda 64 qol vurub.
2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 dəfə rəqib qapılarına yol tapıb.
Bu ilin martında Braziliyanın D Seriyasında çıxış edən “XV de Piraçiçaba”ya keçib.

