"Qarabağ" bu addımı ilə alqış qazandı - Bəs digər klublarımız?

15 Aprel 22:29 Qarabağ 178
"Qarabağ" bu addımı ilə alqış qazandı - Bəs digər klublarımız?

Azərbaycan Premyer Liqasında çatışmazlıqlar çoxdur.

Çoxluğun başında isə azarkeş yoxluğu dayanır.

Təəssüf ki, yüksək dəstənin oyunları əksər hallarda boş tribunalar önündə keçirilir.

Səbəbləri də nə qədər desən...

Məsələn, klublardan lazım olan hərəkətliliyi görmürük.

Bu baxımdan "Qarabağ"ın son addımları təqdir olunmalıdı.

- Xanımların ev oyununa girişi pulsuz edildi.

- 15 yaşına qədər uşaqlara giriş pulsuz edildi.

- İmtiyaz 15 yaşına qədər övladları ilə gələnlərin valideynlərinə də şamil olundu.

Bu qərarlar "Sabah"la son iki görüşdə öncə verildi.

Qarşıdan "bayquşlar"la daha bir matç gəlir.

Ağdam klubu bu dəfə daha fərqli addımla gündəmə gəlib.

"Qarabağ" formasında matça gələnlərə giriş sərbəst olacaq.

Bəlkə də son illər ölkə futbolunda azarkeşlərin stadionlara gəlməsinə təşviq edən ən möhtəşəm aksiyadır.

Düşüncənin arxasında çox sayda müsbət detallar gizlənir.

"Qarabağ" rəsmilərinə buna görə alqış düşür.

Dayanmaq olmaz, yeni ideyalarla azarkeşlərin qapısına getmək lazımdır.

Ki, onlar da stadionun yolunu, qapısını tanısınlar.

Təsiri mütləq olacaq, faydasını mütləq görəcəyik.

Yetər ki, bu cür aksiyalar sabitliyə çevrilsin.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…