Azərbaycanda çempionatın iştirakçı sayının artırılması gündəmdə - SON DƏQİQƏ

13:00 Qarabağ 935
Azərbaycanda çempionatın iştirakçı sayının artırılması gündəmdə - SON DƏQİQƏ

Gələn mövsüm I Liqanın iştirakçılarının sayının arıtırması istisna olunmur.

Bu barədə AFFA-dan redaksiyamıza məlumat verilib.

Federasiyadan daxil olan informasiyaya görə, məsələ hazırda müzakirə mərhələsindədir. Aşağı dəstə yarışmaçılarının sayı 10-dan 12-yə çatdırılması gözlənilir.

Artımın gündəmə gəlməsi 20 yaşadək futbolçular arasında dünya çempionatı ilə əlaqədardır. Mundial 2027-ci ildə keçiriləcək və iki ölkədə təşkil olunacaq - Azərbaycan və Özbəkistanda.

Bu məqsədlə Azərbaycanda ilk dəfə U-20 yığması yaradılıb və Rui Jorje baş məşqçi postuna gətirilib. AFFA portuqaliyalı mütəxəssislə ilə 1 il 7 aylıq müqavilə imzalayıb.

Sözügedən millinin I Liqaya qatılması variantı nəzərdən keçirilir. Jorje bu təklifə etiraz etmir.

Məsələ AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasında masaya yatırılacaq. Ali qərarverici orqanın mayda bir araya gəlməsi planlaşdırılıb.

İK müsbət qərar versə, U-20 bu çempionatda müsabiqədənkənar mübarizə aparacaq.

Belə olarsa, II Liqada ilk iki yeri tutan klub birbaşa I Liqaya vəsiqə qazanacaq. I Liqada doqquzuncu yer tutan komanda isə aşağı liqanın üçüncüsü ilə pley-off matçına çıxacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti