“Qarabağ”ın aparıcı legionerinə 3 ölkədən TRANSFER TƏKLİFİ gəldi

10:40 Qarabağ 444
“Qarabağ”ın aparıcı legionerinə 3 ölkədən TRANSFER TƏKLİFİ gəldi

2020-ci ildən «Qarabağ»ın formasını geyinən Kevin Medina yeni təkliflər alıb.

Kolumbiyalı müdafiəçi bu barədə klub idarəçilərini məlumatlandırıb.

«Tank» ləqəbli cənubi amerikalı bildirib ki, ona Türkiyə, Səudiyyə Ərəbistan və Avropanın bir ölkədən dəvət gəlib.

33 yaşlı legioner aldığı çağırışların cəlbedici olduğunu söyləyib.

Medinanın «köhlən atlar»la müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Bura Portuqaliyanın ikinci liqasından «Naval»dən gəlmiş mərkəz oyunçusu indi nə «gedirəm», nə də «qalıram» deyir.

Bununla belə, aldığı təkliflər barədə düşünəcəyini gizlətməyib. Amma bu gün yox, iyunda.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti