“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin yeni saç stili şərhçini çaş-baş salıb.
Premyer Liqanın son turunda “Şamaxı“nın qonağı olan “köhlən atlar“ın oyununu şərh edən “CBC Sport“un aparıcısı onu tanıya bilməyib.
Top “Qarabağ“ın digər futbolçularında olarkən, şərhçi dəfələrlə Elvinin adını çəkib.
Həmin anların görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Onlar kanalın əməkdaşını qınamayıblar.
Pəy bildirənlərin əksəriyyəti qeyd edib ki, yeni saç düzümü Cəfərquliyevin görünüşünü çox dəyişib, onu tanınmaz hala gətirib.
Elvini italyanlara bənzədənlər də az olmayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

