“Qarabağ” xanım azarkeşləri üçün növbəti dəfə jest edib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Misli Premyer Liqasının 28-ci turunda "Sabah"la keçiriləcək qarşılaşmada komandaya dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş ödənişsiz olacaq.
Xanımların biletlərini mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdir. Stadiona biletsiz girişin mümkün olmadığı bildirilib.
Qrşılaşma aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.
"Qarabağ" Misli Premyer Liqasının 23-cü turunun "Araz-Naxçıvan"la matçında, həmçinin Azərbaycan kubokunun yarımfinalının "Sabah"la ilk oyununda da xanımlara və 15 yaşadək uşaqlara biletləri pulsuz etmişdi.

