“Qurban Qurbanova verdiyim ən yaxşı şey…” - VİDEO

16:20 Qarabağ 201
“Qurban Qurbanova verdiyim ən yaxşı şey…” - VİDEO

54 yaşı tamam olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müəllimi Şaban Şirdanov onun haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, “ASAN TV”yə açıqlama verən məşqçi bu gün tələbəsindən öyrəndiyini bildirib:

“Onun ilk məşqçisi olmaq mənim üçün qürurvericidir. Qurban Qurbanovun futbolda olmasının əsas səbəbkarı kimi qardaşı Musa Qurbanovu qeyd edə bilərəm.

O, balaca qardaşını komandaya gətirdi və mən Qurbanı tanıdım. O, ilk oyununa sol cinah müdafiəçisi kimi çıxdı və 16 yaşında matçın ən yaxşısı oldu.

Növbəti matçlardan hücumçu kimi oynamağa başladı. Qurbana verdiyim ən yaxşı şey futbolu ona daha çox sevdirməyim olub.

Futbolda olan bütün mütəxəssislərin bu gün Qurbandan nəyisə öyrənməyə ehtiyacı var.

Hamı ona “hoca” deyir, amma o məni ilk məşqçisi kimi görür. Təcrübə baxımından bu gün özüm də ondan öyrənirəm”.

Qurban Qurbanov peşəkar karyerasına 1990-cı ildə başlayıb. Həmin vaxt Şaban Şirdanov klubun baş məşqçisi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti