Elvin: “İstəməzdik ki...”

14 Aprel 00:40 Qarabağ 821
Elvin: “İstəməzdik ki...”

“Təəssüf ki, iki vacib xal itirdik.

Halbuki qələbə qazanmağı çox istəyirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Misli Premyer Liqasının 27-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyun barədə danışarkən deyib.

O, qolsuz heç-heçəni belə şərh edib:

“Çox çətin idi, “Şamaxı” sıx müdafiə olunurdu. Oyunun sonlarına yaxın bütün komanda ilə oturmuşdular arxaya.

Bu da bizə çətinlik yaradırdı. Şansımızı gözləyirdik. Az da olsa, epizodlarımız oldu.

Təəssüf ki, onları da dəyərləndirə bilmədik. İstəməzdik ki, xal itirək”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə