“Çempion olacağımıza inanıram” - “Qarabağ”dan İDDİALI AÇIQLAMA!

21:20 Qarabağ 129
“Çempion olacağımıza inanıram” - “Qarabağ”dan İDDİALI AÇIQLAMA!

“Qarabağ”ın futbolçusu Abbas Hüseynov Sportinfo.az-a müsahibə verib.

Təcrübəli cinah müdafiəçisi komandasının “Şamaxı” ilə qolsuz bərabərə qaldığı oyundan sonra sualları cavablandırıb.

- “Karvan-Yevlax”ın qapısından 7 top keçirən “Qarabağ”ın “Şamaxı”ya 1 qol belə vura bilməməsinə nə səbəb oldu?

- Qol vurmaq, qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Çox sayda qol epizodlarımız oldu. Sadəcə “Şamaxı” çox yaxşı mübarizə aparıb, müdafiə olunmaqla qapısından top buraxmadı. Bu gün çatışmayan qol oldu. İnşallah, növbəti matçlarda qələbələr qazanarıq.

- Bundan sonra qələbələr qazanmağın mənası var? Nəzərə alaq ki, “Sabah”la aranızda 10 xallıq fərq dəyişməyib.

- Qarşıda bizi 7 oyun gözləyir. Sona qədər mübarizə aparacağıq. İnanıram ki, sonda hər şey bizim üçün yaxşı olacaq.

- Çempion olacağınıza hələ də inam var?

- Əlbəttə, inanıram. İnam yoxdursa, mübarizə aparmaq mənasızdır. Dediyim kimi, əlimizdən nə gəlirsə, edəcəyik.

- Qurban Qurbanovun heç-heçəyə reaksiyası necə oldu?

- Normal. Danışdı, futbolda belə halların qaçılmaz olduğunu deyib, növbəti oyunlara köklənməli olduğumuzu bildirdi.

- İnqilab Məmmədovun hakim idarəçiliyi ilə bağlı nə deyə bilərsən?

- Bu barədə heç nə danışmaq istəmirəm.

- Aprelin ikinci yarısında “Qarabağ”ı dörd çətin oyun gözləyir. İki dəfə “Sabah”, iki dəfə “Neftçi” ilə üzləşəcəksiniz. Fiziki və psixoloji baxımdan çatdıra biləcəksiniz?

- Hər oyuna qələbə üçün çıxacağıq. İnşallah, 3 xal bizim olacaq.

- Sənə elə gəlmir ki, Çempionlar Liqasının yorğunluğu hələ də futbolçuların canından çıxmayıb.

- Belə düşünmürəm. Yorğunluqla əlaqəsi yoxdur, bu baxımdan hər şey qaydasındadır.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti