“Qarabağ”ın futbolçuları bu atmaca qarşısında necə dözdü? - VİDEO

20:00 Qarabağ 152
“Qarabağ”ın futbolçuları bu atmaca qarşısında necə dözdü? - VİDEO

“Qarabağ” Şamaxı səfərində xal itkisi ilə üzləşdi.

Çempionluq uğrunda “Sabah”la amansız mübarizə aparan ağdamlılar “Şamaxı”nın müqavimətini qıra bilmədi – 0:0.

Oyun başa çatandan sonra “Qarabağ”ın məşqçi və futbolçu heyətinin məyusluğunu anlamaq olardı.

“Qızıl”la bağlı arzular tükənmiş, turnir cədvəlində xal fərqinin artmaq ehtimalı yaranmışdı.

Belə vəziyyətdə şamaxılı azarkeşlərin səsləndirdiyi şüarla “Qarabağ”lı futbolçuların üzərinə sanki qaynar su töküldü.

Tribunalardan eşidilən “Sabah çempion” sözləri futbolçulara xoş olmasa da, onlardan heç biri azarkeşlərə qarşılıq vermədi.

Başlarını aşağı salıb paltardəyişmə otağının yolunu tutdular.

HƏBİB / SPORTİNFO.AZ

Həmin anların görüntülərini təqdim edirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti