"Qarabağ" üçün belə fürsət bir də ələ düşməz!

14 Aprel 21:20 Qarabağ 270
"Qarabağ" üçün belə fürsət bir də ələ düşməz!

Lider "Sabah" 27-ci turu xal itkisi ilə başa vurdu.

"Bayquşlar" daha üstün oynadığı, daha çox qol imkanları yaxaladığı matçdan 3 xalı qopara bilmədi.

Buna rəğmən itirilən iki xala çox da üzülməyə dəyməz.

Çünki daha əvvəl "Sabah"ın ən yaxın izləyicisi "Qarabağ" da Şamaxıda büdrədi.

Ağdamlılar Kərim Rossi, Dioqo Balau kimi əsas fiqurlarının xidmətindən məhrum olan rəqibinin müqavimətini qıra bilmədi.

"Köhlən atlar" ərazi üstünlüyünə sahib olsa da ciddi imkanları yaxalamaqda sıxıntı yaşadı.

Ümumiyyətlə, rahat qələbə qazanacağı gözlənilən Şamaxı səfərində "Qarabağ" heç özünə bənzəmədi.

Bununla həm də ələ düşən əla fürsət qaçırıldı.

"Sabah" "Qarabağ"la bərabərlik (3:3) xaric son 14 matçda bir qayda olaraq qələbə qazanırdı.

İlk dəfə rəqibin 2 xal itirməsi çempionluq mübarizəsində fərqi azaltmaq üçün əla şans yaratmışdı.

Belədə çempionatın ən çətin perioduna daxil olarkən müəyyən qədər psixoloji üstünlük də "Qarabağ"ın tərəfinə keçmiş olacaqdı. Bəlkə də "Sabah"ın növbəti xal itkilərinin təməli qoyula bilərdi.

Amma Qurban Qurbanovun yetirmələri bunu bacarmadı.

Sona 6 tur qalmış bəlkə də çempion olmaq üçüm ən son şans da əldən çıxmış oldu.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!