"Qarabağ"ın Abdullah Zubirin mümkün satışından nə qədər pul qazana biləcəyi müəyyənləşib.
Yarımmüdafiəçi "Əl Şahaniyə"yə gedərsə, "köhlən atlar" bu anlaşmadan 1,5 milyon avro civarında gəlir əldə edəcək.
Fransanın məşhur "L Equipe" nəşrinin bildirdiyinə görə, kapitan cari mövsümün sonunda Ağdam təmsilçisi ilə yollarını ayıracaq. Qeyd olunub ki, vinger karyerasını Qətər təmsilçisi "Əl Şahaniyə"də davam etdirəcək.
Zubir 2018-ci ildən "Qarabağ"da çıxış edir. Mərakeş əsilli fransalı "köhlən atlar"ın heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.
Bura "Lans"dan gələn sol cinah oyunçusunun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.
Nəşr transferin detallarını açıqlamasa da, bildirib ki, müqavilənin şərtləri artıq razılaşdırıb.
Ağdam təmsilçisindən aldığımız məlumata görə, Zubirin gedişi həqiqətən gündəmdədir.
Qətər tərəfi ona görə Azərbaycan çempionuna təzminat ödəyəcək.
"Əl Şahaniyə" vingerlə yenicə maraqlanmağa başlayıb. Ərəblər 2 ildir Zubirə elçi düşüb.
SPORTİNFO.AZ

