Qurban Qurbanov “Qarabağ”a gələn təkliflər haqda nələri açıqladı? - VİDEO

09:25 Qarabağ 160
Qurban Qurbanov “Qarabağ”a gələn təkliflər haqda nələri açıqladı? - VİDEO

“Qarabağ” Azərbaycan Premyer Liqasının 27-ci turunda “Şamaxı”nın qonağı olub.

Sportinfo.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:

“Futbolçularıma, azarkeşlərimizə təşəkkür edirəm. Son saniyələrə kimi yaxşı mübarizə getdi. Qalib gələ bilmədik. Olur belə hallar. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram.

Çempionluğa çoxdan təsir olub, təkcə bu oyun deyil. Az xal fərqi yox idi bu oyuna kimi. Qarşıdakı oyunlara hazırlaşacağıq. Titul baxımından belə hallar olur. Amma hər bir halda, mübarizəmizi sonadək davam etdirəcəyik.

Abdullah Zubirin gedəcəyi və ya qalacağı ilə bağlı məndə bir məlumat yoxdur. Başa düşürük ki, futbolun qanunlarıdır, uğurlu mövsümdən sonra hər bir futbolçuya təkliflər olması normaldır. Yerli oyunçulara da təkliflər olmuşdu. Komandada əcnəbilərin sayı çox olduğu üçün daha çox onlara təklif olurdu (gülür)”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 Aprel 18:10 Çək və bizə göndər!