“Azərbaycana yollanmaq şansı yarandı, orada özümü tapdım"

01:50 Qarabağ 93
“Azərbaycana yollanmaq şansı yarandı, orada özümü tapdım"

"Heç vaxt özümü İqor Akinfeyevlə müqayisə etməmişəm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına müsahibəsində deyib.

"Qarabağ"ın şərəfini qoruyan 30 yaşlı qapıçı Azərbaycan millisini seçməsinə aydılnlıq gətirib:

"Akinfeyev səviyyəsində ola bilcəyim barəsində düşünməmişəm. Məqsədim var idi və ona məşqdən-məşqə, gündən-günə çatmaq istəyirdim.

Hər gün 2-3 dəfə məşq edirdim. Əgər "ölü nöqtəsin"də hərəkət yoxdursa, niyə sadəcə oturub gözləməlisən?

Nəyisə dəyişməyə çalışmalısan. Azərbaycana yollanmaq şansı yarandı. Nəticədə orada özümü tapdım".

Şahruddin 2011-ci ilədək Rusiya yığmalarına cəlb olunsa da, 2014-cü ildən Azərbaycanı seçib. O, əvvəlcə U-21 yığmasında, sonra Azərbaycan millisində işitirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 Aprel 18:10 Çək və bizə göndər!