“Qarabağ”la birillik müqavilə şərtlərini razılaşdırdı - FOTO

20:40 Qarabağ 336
“Qarabağ”la birillik müqavilə şərtlərini razılaşdırdı - FOTO

Şahruddin Məhəmmədəliyevin «Qarabağ»dakı aqibətinə aydınlıq gəlib.

Millimizin qapıçısı gələn mövsümü də burada keçirəcək.

2024-cü ilin yayında «Adana Demirspor»dan bura qayıtmış kiperlə aparılan danışıqlar tez yekunlaşıb.

1994-cü il təvəllüdlü «əlcək sahibi» ilə müqavilənin 1 il müddətinə uzadılması razılaşdırılıb.

«Şah» ləqəbli qapıçı zədə səbəbindən cari mövsümün əsas hissəsini buraxıb. Sezonun gedişində iki dəfə ağır xəsarət alan və əməliyyat olunan Dağıstan kökənli kiper indi-indi özünə gəlir.

Qurban Qurbanovun onunla əlaqəli mövqeyi anlaşılandır. Almaniya pasportu daşıyan xorvatiyalı Fabiyan Buntiçlə polşalı Mateuş Koxalskinin bu yay «Qarabağ»ı tərk etməsi gözlənilir.

Baş məşqçi həmçinin hazırda «Difai»də icarədə olan Sadiq Məmmədzadənin xidmətinə maraq göstərmir.

Mövsümün ilk yarısını «Zaqatala»da keçirən Sadiq Məmmədzadə də təcrübəli mütəxəssisin gələcək planlarında mühüm yer tutmur.

SPORTİNFO.AZ

Şahruddin özünü heç vaxt Akinfeyevlə müqayisə etməyib

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti