"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirlə bağlı "L Equipe" yeni xəbər yayıb.
Nəşrin bildirdiyinə görə, kapitan cari mövsümün sonunda Ağdam təmsilçisi ilə yollarını ayıracaq.
Qeyd olunub ki, vingerin yeni klubu artıq müəyyənləşib. O, karyerasını Qətər təmsilçisi "Əl Şahaniyə"də davam etdirəcək.
Zubir 2018-ci ildən "Qarabağ"da çıxış edir. Mərakeş əsilli fransalı "köhlən atlar"ın heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.
Bura "Lans"dan gələn sol cinah oyunçusunun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.
Nəşr transferin detallarını açıqlamasa da, bildirib ki, müqavilənin şərtləri artıq razılaşdırıb.
Bu, həqiqətdir. Ağdam təmsilçisindən aldığımız məlumata görə, Zubirin gedişi gündəmdədir.
Qətər tərəfi ona görə Azərbaycan çempionuna təzminat ödəyəcək.
"Əl Şahaniyə" vingerlə yenicə maraqlanmağa başlayıb. Ərəblər 2 ildir Zubirə elçi düşüb.
SPORTİNFO.AZ

