“Qarabağ” kapitanını ərəb klubuna satır? - ŞOK İDDİA!

09:20 Qarabağ 186
“Qarabağ” kapitanını ərəb klubuna satır? - ŞOK İDDİA!

"Qarabağ"ın kapitanı Abdullah Zubir yayda komandanı tərk edəcək.

Sportinfo.az-ın "L Equipe" nəşrinə istinadən məlumatına görə, fransalı yarımmüdafiəçi "Əl Şahaniyə"ya (Qətər) keçəcək.

Artıq tərəflər müqavilə şərtlərini razılaşdırıblar. Transferin detalları açıqlanmır.

Zubir "Qarabağ"a 2018-ci ildə Fransa "Lans"ından keçib. 34 yaşlı vinger Ağdam komandasının heyətində 355 oyunda 77 qol və 94 məhsuldar ötürmə müəllifi olub. Onun hazırda klubla 2027-ci ilin iyununadək müqaviləsi var.

Hazırda "Əl Şahaniyə" Qətər çempionatında 21 oyundan 31 xalla 12 komanda arasında 11-ci yerdə gedir. Klub təmsilçisi paytaxt Dohadan 20 km aralıda yerləşən eyniadlı şəhəri təmsil edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Aprel 17:50 Çək və bizə göndər!