"Qarabağ"ın hücumçusu: “Allaha şükür edirəm ki...”

00:30 Qarabağ 109
"Qarabağ"ın hücumçusu: “Allaha şükür edirəm ki...”

"Qarabağ"ın hücumçusu Kamilo Duran vurduğu qolların komandasına faydalı olmasını istəyir.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında kolumbiyalı legioner bildirib.

24 yaşlı oyunçu Misli Premyer Liqasının XXVI turunda "Karvan-Yevlax"a qarşı matçda het-trikə imza atmasından danışıb:

"Hər şeydən öncə karyeramda ilk het-trikə imza atdığım və bununla liqa tarixində yer aldığım üçün Allaha şükür edirəm.

Amma mənim üçün ən vacibi bu qolların komandama titul qazandırmasıdır. Bu hədəfə çatmaq üçün daha çox çalışacağıq".

Kamilo Duran "Karvan-Yevlax"la qarşılaşmada (7:0) üç qola imza atıb. O, Azərbaycan çempionatlarında het-trik edən ilk kolumbiyalı futbolçu kimi tarixə düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Aprel 17:50 Çək və bizə göndər!
10 Aprel 02:10 “Quba” 5:1 qazandı