PSJ də "Qarabağ"ın yolu ilə getdi - Buna sözünüz nədir?

19:20 Qarabağ 277
PSJ də "Qarabağ"ın yolu ilə getdi - Buna sözünüz nədir?

PSJ də "Qarabağ"ın yolu ilə getdi

"Qarabağ" PSJ etdiyini edəndə az qala xalq düşməni çıxarmışdılar. PSJ etdiyini haa...

Deməli, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Liverpul"u 2:0 udan PSJ həftəsonu Fransa çempionatında oyun keçirməyəcək.

"Liverpul"la ikinci oyuna daha yaxşı hazırlaşmaq məqsədilə parislilərin "Lans"la matçı təxirə salınıb.

Söhbət heyətində dünya ulduzlarının yer aldığı komandadan gedir.

Sonuncu ÇL-in qalibi ilk oyunda ciddi üstünlük əldə etsə də səfərə ehtiyatlı getmək yolunu seçir.

Bənzər addımı bir neçə həftə öncə "Qarabağ" da atmışdı.

"Nyukasl"la səfər oyunu öncəsi Qurban Qurbanov rəqibin gücünü, yolun uzaq məsafə olmasını və ən əsası qrafikin çox ağır olmasını nəzərə alıb, "Neftçi" ilə Premyer Liqa matçının təxirə salınmasını təklif etmişdi.

Qarşı tərəfin razı olub-olmaması məsələnin başqa tərəfidir.

"Ağ qaralar" əzəli rəqibin təklifi ilə razılaşmaq məcburiyyətində deyildi də.

Söhbət Ağdam klubunun planına uzanan dildən gedir.

Yaxşı xatırlayıram, həmin dönəm əksəriyyət "Qarabağ"ı kəskin tənqid etmişdi.

Ki, ÇL-də oynayan komanda ağır qrafikə hazır olmalıdır.

Bəziləri reallığı görməzdən gəlirdi.

Hətta Azərbaycan çempionuna İngiltərə təmsilçilərinin 3 gündən bir meydana çıxması nümunə göstərilirdi.

Buna görə "atlılar"a həvəskar damğası vuranlar da yox deyildi.

Görəsən, mövcud durumu görənlər indi nə düşünür?

Olmaya fransızlar da həvəskardı?

Suallar ritorikdir.

Ağlı başında olan, futbola iki gözü ilə baxan hər kəs yaxşı anlayır ki, "Qarabağ"ın istəyi tam məntiqli idi.

Hətta PSJ-dən də...

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti